“Müstəqil Azərbaycan və vətənpərvərlik ruhunda formalaşan, inkişaf edən gənclik” mövzusunda görüşümüz baş tutub
26 May 2022

Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Müstəqil Azərbaycan və vətənpərvərlik ruhunda formalaşan, inkişaf edən gənclik” mövzusunda görüşümüz baş tutub.
Qeyd edək ki, görüşdə spiker qismində Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov iştirak edərək Xalq Cümhuriyyətinin yaranmasının tariximizdəki əhəmiyyətli yeri, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması və həmin dövrün geosiyasi reallıqları ilə bağlı gənclərə ətraflı məlumat verib.
Sonda isə gənclər tərəfindən ünvanlanan sualları cavablandırıb.