“Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib

9 Fevral 2023

“Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib

Gənclər təşkilatlarlarının fəaliyyətlərinin dəstəklənməsi proqramı - 2.0 çərçivəsində fəaliyyətlərimiz qaldığı yerdən davam edir.

Bu dəfə İsmayıllı rayonunun Talıstan, Təzəkənd və Quşencə kəndlərinin şagirdləri üçün “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirildi.

“Kəndimizin İntellektual Gəncləri” layihəsinin məqsədi gənclərin elmə marağının artırılması, praktiki bacarıqları aşılamaq, məktəblilərin respublika səviyyəli intellektual oyunlarda iştirak etməsi, onların ölkə gəncliyinə inteqrasiyasının təmin edilməsindən ibarətdir.

Layihə müddətində İsmayıllı rayonunun daha 2 kəndində oyun keçiriləcək.

Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi tərəfindən keçirilir.