NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir.

30 İyun 2020

NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir.

NAYORA 25 iyun tarixindən etibarən üzv təşkilatları üçün konsultativ görüşlər təşkil edir.
Onlayn formatda keçirilən görüşlərin məqsədi təşkilatları NAYORA-nın üzv təşkilatlar üçün yaratdığı imkanlardan, xüsusilə Resurs Mərkəzi, onlayn fəaliyyət, nayora.org veb saytı barədə maarifləndirmək olmuşdur. 
Baş tutmuş konsultativ görüşlərdə Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası İctimai Birliyi (AYAFE), Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (ELSA), Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE), Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İB (ESN) təşkilatları iştirak etmişdir.

Görüşlərdə iştirak etmiş bütün təşkilatlara təşəkkürümüzü bildiririk!

Qeyd edək ki, üzv təşkilatlarla konsultativ görüşlər davam edir.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy