NAYORA beynəlxalq layihədə iştirk edir
24 İyun 2022

NAYORA-nın sədr müavini Ülviyyə Axundova, Baş katibi Ramin Həbibzadə, Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədova Gürcüstan Gənclər Şurasının təşkilatçılığı ilə keçirilən layihədə iştirak edir.
Qeyd edək ki, Gürcüstanda keçirilən layihədə 6 ölkənin - Azərbaycan, Danimarka, Ukrayna, Moldova, Belarusiya, Gürcüstan Milli Şuralarının nümayəndələri iştirak edir.
Layihənin əsas məqsədi Milli Şuralarının effektiv koordinasiyası və əməkdaşlığın gücləndirilməsi, həmçinin sentyabr ayında Bakıda olacaq seminarın gündəliyinin müzakirəsindən ibarətdir.
Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi ilə həyata keçirilir.