NAYORA BMT-nin Gənclər Ofisinin yaradılması üçün keçirilən konsultativ görüşdə iştirak etdi
10 Oktyabr 2022

NAYORA BMT-nin Gənclər Ofisinin yaradılması üçün keçirilən konsultativ görüşdə iştirak etdi.
Belə ki, NAYORA-nın sədri Azər Əliyev, Baş katibi Ramin Həbibzadə, Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədovanın iştirak etdiyi görüşdə Azər Əliyev çıxış edərək NAYORA-nın fəaliyyəti haqqında qısa məlumat vermiş, həmçinin gənclər ofisinin yaradılması ilə bağlı təkliflərini səsləndirmişdir.
Qeyd edək ki, görüşdə müxtəlif ölkələri və təşkilatları təmsil edən 300-dən çox gənclər işçisi iştirak edib.