NAYORA-da “Intern Academy” təcrübə proqramının 5-ci həftəsi

10 İyul 2021

NAYORA-da “Intern Academy” təcrübə proqramının 5-ci həftəsi

NAYORA-da “Intern Academy” təcrübə proqramının 5-ci həftəsi uğurla başa çatdı.

Təcrübəçilər bu həftə ərzində bir neçə katibliklə #birlikdə işləyərək bilik və bacarıqlarını artırmış, yeni biliklər əldə etmişlər. Eyni zamanda, qrup şəklində işləyərək öz layihələrinin təqdimatını ediblər.

Hər birinizə uğurlar arzu edirik, dəyərli təcrübəçilər!

Qeyd edək ki, 2 ay müddətində davam etdiriləcək olan “Intern Academy” təcrübə proqramına UNICEF-in ölkəmizdəki Nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə dəstək İB-nin birgə təşkilatçılığı ilə başlanılmışdır.