NAYORA-da “Intern Academy” təcrübə proqramının ikinci hissəsinin ilk həftəsi başladı
15 Noyabr 2021

NAYORA-da “Intern Academy” təcrübə proqramının ikinci hissəsinin ilk həftəsi başlamışdır.
Aramıza yeni qatılan təcrübəçilərlə NAYORA-nın Baş katibi Ramin Həbibzadənin görüşü baş tutmuşdur. Görüş zamanı onlar NAYORA-nın fəaliyyət istiqamətləri ilə yaxından tanış olmuş, həmçinin öz fikir və təkliflərini bizimlə bölüşmüşdürlər. Qeyd edək ki, təcrübəçilər NAYORA-nın müxtəlif katiblikləri üzrə fəaliyyətlərini 6 həftə ərzində davam etdirəcəklər.
Məlumat üçün bildirək ki, “Intern Academy” təcrübə proqramına UNICEF-in ölkəmizdəki Nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə dəstək İB-nin birgə təşkilatçılığı ilə başlanılmışdır.