NAYORA Gənclər təşkilatlarını Avropa Gənclər Fondunun qrant müsabiqəsinə müraciət etməyə dəvət edir!
23 Aprel 2020

Son müraciət tarixi: 10 May 2020
Gənclər Təşkilatlarının rəhbər və nümayəndələrinin nəzərinə!
NAYORA Gənclər təşkilatlarını Avropa Gənclər Fondunun qrant müsabiqəsinə müraciət etməyə dəvət edir!
Avropa Gənclər Fonduna yalnız Avropa Şurasına üzv olan 47 ölkədən gənclər təşkilatları, habelə Avropa Mədəniyyət Konvensiyasını imzalayan ölkələr (Belarusiya və Qazaxıstan) müraciət edə bilər. Avropa Gənclər Fondu Beynəlxalq və Pilot layihələr olmaqla 2 istiqamətdə layihələr üçün qrant müraciətini qəbul edir.
Beynəlxalq və Pilot layihələr üçün qranta beynəlxalq, regional və yerli təşkilatlar müraciət edə bilər.
Beynəlxalq layihələr üçün qrant müsabiqəsinə müraciət əsasən aşağıdakı istiqamətlərdə qəbul olunur.
2020-ci il üçün nəzərdə tutulan prioritet istiqamətlər:
Gənclərin hüquqlarını qorumaq məqsədi ilə yanaşı yaranan problemlərin həllini təşviq edən beynəlxalq fəaliyyətlər, o cümlədən:
- İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi;
- Süni intellekt və rəqəmsal idarəetmə;
- Mobillik və məşğulluğun formalaşması.
Büdcə:
Maksimum qrant 20.000 avro təşkil edir. Fond qrantın ilk hissədini-80%-ini fəaliyyətə başlamazdan 10 həftə əvvəl təmin edir.
Beynəlxalq layihələr üçün qrant müsabiqəsinə son müraciət tarixi: 1 iyun 2020
Pilot layihələr üçün qrant müsabiqəsinə müraciət əsasən aşağıdakı istiqamətlərdə qəbul olunur.
2020-ci il üçün nəzərdə tutulan prioritet istiqamətlər:
- COVID-19 böhranının təsirinə məruz qalan insanlara həmrəylik və dəstək nümayiş etdirməyi hədəfləyən pilot fəaliyyət istiqamətləri:
- Həssas qruplara-kasıblara, miqrantlara, əlillərə, ucqar icmalarda yaşayan insanlara müraciət etmək və onlara dəstək olmaq;
- Səhiyyə, sosial və təhsil xidmətlərinə dəstək;
- COVID-19 böhranı və insan hüquqlarının əhəmiyyəti barədə maarifləndirmə.
Büdcə:
Maksimum qrant 10.000 avro təşkil edir.
Pilot layihələr üçün qrant müsabiqəsinə son müraciət tarixi: 10 may 2020
Avropa Gənclər Fondunun qrant müsabiqəsinə müraciət üçün link:
https://www.coe.int/en/web/european-youth-foundation