NAYORA-nın Baş katibi Ramin Həbibzadə
27 Aprel 2022

NAYORA-nın Baş katibi Ramin Həbibzadə 25 aprel tarixində Belçikanın Brussel şəhərində Avropa Gənclər Forumuna üzv olan Milli Şuraların və beynəlxalq gənclər təşkilatlarının Baş katiblərinin iclasında iştirak edib.
Görüş zamanı Foruma üzv olan təşkilatların ötən bir il ərzində fəaliyyətlərinə dair hesabatları dinlənilib və növbəti il üçün planlama müzakirələri aparılıb.
Qeyd edək ki, səfər çərçivəsində Ramin Həbibzadə Avropa Gənclər Forumunun ofisini ziyarət edib və Forumun Katiblik üzvləri, həmçinin Baş katibi Joe Elborn ilə iki qurum arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək fəaliyyətlərin artırılmasına dair müzakirələr aparıblar.