NAYORA-nın Baş katibi Ramin Həbizadə Azərbaycan Televiziyasında yayımlanan “Tele Səhər” verilişinin qonağı olub.
5 May 2021

NAYORA-nın Baş katibi Ramin Həbizadə Azərbaycan Televiziyasında yayımlanan “Tele Səhər” verilişinin qonağı olub.
Veriliş zamanı NAYORA-nın həyata keçirdiyi “İctimai Maarifləndirmə” və “Gənclik SəsimİZ” layihələrindən danışdıq.
İlk öncə İctimai Maarifləndirmə layihəsinin istiqamətlərindən danışan Baş katib R.Həbibzadə layihə istiqamətlərindən danışıb. 30 üzv və tərəfdaş gənclər təşkilatlarının iştirak etdiyi layihədə 3000-dən çox sorğu keçirilərək 3500-ə qədər gənc əhatələnmişdir. Həmçinin qeyd edilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya de o edek vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparmaq, II Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlərimiz haqqında məlumatlandırma, eyni zamanda şəhid və qazi ailələrinin ziyarət olunması, işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələrin aparılması və sorğuların keçirilməsidir.
“Gənclik SəsimİZ” layihəsindən bəhs edilərkən gənclərin, gənclər təşkilatlarının fəaliyyətlərinin mediada işiqlandırılmasının layihənin əsas məqsədlərindən biri olduğunu vurğulanıb. 4 fərqli istiqamət üzrə 10 gənclər təşkilatı nümayəndələri üçün 8 müxtəlif mövzuda təlimlər keçirilmişdir. Əlavə olaraq layihə müddətində TV və radio kanallarının rəhbərləri ilə görüş keçirilmiş, bununla yanaşı layihə ərzində gənclər təşkilatlarının fəaliyyətinin işıqlandırılmasında dəstək olan media orqanları ilə əlaqələr daha da gücləndirilmişdir.
Videonu izləmək üçün: https://www.youtube.com/watch?v=oSv3tRJNA7E
#NAYORA #GənclərTəşkilatları #Birlikdə