NAYORA-nın əməkdaşları "Civil Match" Formunda iştirak etdilər.
5 İyul 2021

NAYORA-nın Beynəlxalq əlaqələr katibliyinin əməkdaşları 1-3 iyul tarixində keçirilmiş "Civil Match" Formunda iştirak etdilər.
Qeyd edək ki, ikili və qrup şəklində potensial tərəfdaşlarla keçirilən görüşlər "Civil Match" vətəndaş cəmiyyəti iştirakçılarının beynəlxalq tərəfdaşlar tapması, yeni layihə təşəbbüsləri yaratması, donor təşkilatlarla əlaqə qurulması və maliyyə çıxışı üçün geniş şəbəkə imkanları təmin edir. Almanya, Fransa, Polşa, Rusiya və Şərq tərəfdaşlığı ölkələrindən olan müxtəlif təşkilatlar 3 günlük tədbirə qatılaraq interaktiv müzakirələr, tərəfdaşlıq təklifləri ilə çıxış etmiş və beynəlxalq donorların qrant müsabiqələrinin şərtləri ilə tanış olmuşdurlar.