NAYORA-nın X könüllülük proqramına sən də qoşul
12 Aprel 2022

Son müraciət tarixi: 20 Aprel 2022
Əziz gənclər,
Uzun müddətdir gözlədiyiniz könüllü-təcrübə proqramına qeydiyyat başladı.
Yerli və beynəlxalq layihələrdə iştirak etmək, NAYORA-da təcrübə toplamaq və sosial çevrəsini genişləndirmək istəyən hər kəs proqrama müraciət edə bilər.
🕵🏼 NAYORA könüllüsü olmaqla sən:
🎯 Yerli və beynəlxalq tədbirlərdə, seminarlarda iştirak edəcəksən;
🎯 İşinin peşəkarı olan mütəxəssislər və komanda ilə işləmək imkanı qazanacaqsan;
🎯 Layihə idarəetməsi bacarıqlarını inkişaf etdirəcək və keçirilən layihələrdə iştirak etmək imkanı qazanacaqsan;
🎯 Gələcək iş həyatı tanış olacaqsan;
🎯 Yeni şəxslərlə tanış olaraq öz dost çevrəni genişləndirəcəksən.
📍 Kimlər müraciət edə bilərlər :
▶ 16-24 yaş aralığındakı gənclər;
▶ Azərbaycan, xüsusən Bakıda yaşayan gənclər;
▶ Yenilikçi, innovativ və kreativ gənclər;
▶ Gənclərlə iş sahəsində işləməyə motivasiyası olan gənclər;
▶ Komanda ilə birgə işləməyə motivasiyası olan gənclər;
▶ İngilis və ya hər hansına dil biliyinin olması arzu olunandır.
📅 Könüllülük proqramının müddəti: 10 May - 10 Sentyabr
📢 Müraciət üçün son tarix: 20 Aprel 2022-ci il, saat 🕛23:59