NAYORA-nın YUNESKO-nun Mərkəzi Asiya nümayəndəliyi ilə əməkdaşlığı çərçivəsində hər ölkədə Novruz bayramının multikultural ənənələrini sizinlə bölüşürük✨

21 Mart 2021

NAYORA-nın YUNESKO-nun Mərkəzi Asiya nümayəndəliyi ilə əməkdaşlığı çərçivəsində hər ölkədə Novruz bayramının multikultural ənənələrini sizinlə bölüşürük✨

🔹Qazaxıstan
Bayram günü evdəki boşqablar süd, ayran, təmiz su və buğda ilə doldurulurlar. Bunun evə ruzi və bərəkət gətirəcəyinə inanılır.

🔹Qırğızıstan
Bayramda müqəddəs yerləri - "məzarları" ziyarət etmək adətdir. Müqəddəs yerləri ziyarət edərkən xərac vermək və qoruyucu ruhlarından xeyir-dua istəmək niyəti ilə ağac budağına bir parça bağlamaq əsas ənənələrindəndir.

🔹Tacikistan
Qarın əriməyə, təbiətin çiçəklənməyə başladığı dövürdə uşaqlar dağlara çıxaraq qar çiçəkləri axtarırlar – tacikcə “boyçeçak”. Qar çiçəklərini topladıqdan sonra uşaqlar onları bacılarına, analarına və nənəlirə hədiyyə edirlər. Çiçəkləri qəbul edən qadınlar qar çiçəklərini gözlərinin üzərinə qoyur və Uca Allaha çox gözlənilən bahar üçün təşəkkür edirlər, uşaqlara isə şirniyyat, meyvə və bəxşiş verirlər.

🔹Özbəkistan
Sumalak, un əlavə edilmiş pambıq yağı ilə qaynadılmış, cücərmiş buğda dənələrinin suyundan hazırlanmış şənlik yeməyidir. Sumalağın yanmasının qarşısını almaq üçün qazanın altına bir neçə daş və qoz atılır və 20-24 saat bişirilir. Sumalak mənfi düşüncələrdən və köhnə üzüntülərdən azad etməklə davamlı qarışdırılmalıdır. Təamın ritual hazırlığı rəqslər, şənliklər və ümumi əyləncələrlə müşayiət olunmalıdır, çünki bir ailə tərəfindən deyil, bütöv bir məhəllə tərəfindən hazırlanır.

🔹Azərbaycan
Azərbaycanda Novruza hazırlıq çox öncədən - 1 ay əvvəldən başlanılır. Hər çərşənbə axşamları tonqallar qalanır, hər kəs tonqal üzərindən tullanaraq öz bəlalarını oraya atmış olurlar. Qadınlar isə oda üzərlik - ətirli sədo bitkisi ataraq “Sən havasan, bütün xəstəlikləri müalicə edən, bütün bəlaları və kədərləri özünlə birgə aparansan" deyirlər. Bununla, xəstəlikləri qovur və havanı mənfi enerjidən təmizləyirlər

Mətn YUNESKO tərəfindən hazırlanmış və NAYORA tərəfindən tərcümə edilmişdir.

United Nations in Azerbaijan
UNESCO