NAYORA-nın Baş Katibi Ramin Həbibzadə Fransanın Strasburq şəhərində keçirilən təlim kursunda iştirak edib

23 İyul 2023

NAYORA-nın Baş Katibi Ramin Həbibzadə Fransanın Strasburq şəhərində keçirilən təlim kursunda iştirak edib

NAYORA-nın Baş Katibi Ramin Həbibzadə Avropa Şurasının Gənclər Departamenti və Avropa Gənclər Fondunun birgə təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində keçirilən təlim kursunda iştirak edib.

Avropa Gənclər Fondu tərəfindən mütəmadi həyata keçirilən təlim kursunun məqəsdi pilot fəaliyyətlər üçün qrant müsabiqələrinə müraciətlə bağlı Avropa Şurasına üzv olan ölkələrin gənclər təşkilatlarının nümayəndələrinin bilik və təcrüblərinin təkmilləşdirilməsi olub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti aidiyyəti istiqamət üzrə müzakirə və görüşlərdə iştirak edib, Avropa Gənclər Fondunun direktoru Gordana Berjan və direktor müavini Silviya İvanova ilə ikitərəfli fəaliyyətləri müzakirə etmiş və mümkün tərəfdaşlıqlarla bağlı fikir mübadiləsi aparmışlar.