NAYORA-nın İdarə Heyəti, MNTK və Katibliyinin üzvləri üçün Şamaxıda Təkmilləşmə görüşü keçirilib

1 İyul 2023

NAYORA-nın İdarə Heyəti, MNTK və Katibliyinin üzvləri üçün Şamaxıda Təkmilləşmə görüşü keçirilib

29 iyun - 1 iyul tarixlərində NAYORA-nın İdarə Heyəti, MNTK və Katibliyinin üzvləri üçün Şamaxıda Təkmilləşmə görüşü keçirilib.

Görüş zamanı komanda quruculuğu fəaliyyətlərinə xüsusi yer verilib. Daha sonra NAYORA-nın sədri Azər Əliyev tərəfindən təşkilatın 6 aylıq hesabatı təqdim edilib.

Növbəti günlərdə isə NAYORA-nın “Strateji Planı” müzakirə edilib. Plana əlavə şərhlər dinlənilib və lazımi qeydlər nəzərə alınıb.

Qeyd edək ki, görüş AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.