NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri bu həftə bir neçə təlim və görüş həyata keçiriblər

14 Noyabr 2022

NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri bu həftə bir neçə təlim və görüş həyata keçiriblər

NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri bu həftə bir neçə təlim və görüş həyata keçiriblər. 🤩

"Beynəlxalq Münasibətlər və Diplomatiya" komitəsinin təşkilatçılığı ilə İƏT Gənclər Formunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru vəzifəsinin icraçısı Vüsal Qurbanov ilə keçirilən görüş zamanı İƏT ölkələrinin gənclər siyasəti və gənclər arasında şəbəkələmə prosesi müzakirə olunub.

"Özünüinkişaf və Asudə Vaxtların Təşkili" komitəsinin təşkilatçılığı ilə Erasmus+ proqramlarınım iştirakçısı Xəyal Məhərrəmli tərəfindən "Erasmus+ proqramlarına necə müraciət etmək olar?" mövzusunda keçirilən təlim zamanı Erasmus+ proqramlarına müraciət zamanı qarşılaşdığımız problemlər və onların həlli, düzgün müraciət qaydaları, müraciət zamanı edilməsi gərəkli olan prosedurlar kimi mövzulardan söz açılıb.

Beyin Mərkəzlərinin IT və Dizayn Komitəsinin təşkilatçılığı ilə Leyla Bəkirli və Gülxəndə Səmədli tərəfindən "Beynəlxalq və yerli təcrübədə dizaynerlik, mövcud çatışmazlıqlar və perspektiv" mövzusunda təlim keçirilib.

"Xarici Dillərin Öyrənilməsi" komitəsi tərəfindən "Ekosistemin İnkişafına Dəstək" komitəsi ilə əməkdaşlıq çərçivəsində Məryəm Nəcəfova tərəfindən ingilis dilində "ECO Conversation Club" təşkil olunub.