NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri tərəfindən bir neçə təlim və görüş həyata keçirilib

16 Yanvar 2023

NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri tərəfindən bir neçə təlim və görüş həyata keçirilib

NAYORA-nın dəstəyi ilə yaradılan Beyin Mərkəzləri tərəfindən bir neçə təlim və görüş həyata keçirilmiş, o cümlədən, hakatonda iştirak edilmişdir. 🤩

"IT və Dizayn" komitəsi tərəfindən təşkil olunan “Python ilə Proqramlaşdırmaya Giriş və OOP-in Əsasları” adlı silsilə təlimin yekunu ilə bağlı görüş keçirilmişdir. Final görüşündə təlimdə iştirak etmiş üzvlər sertifikatla mükafatlandırılmış və üzvlərə maraqlı olan suallar cavablandırılmışdır.

"Ekosistemin İnkişafına Dəstək" komitəsinin üzvləri "SBWM" və "Recycle Nation" komandaları ekoloji dayanıqlılığa nail olmaq məqsədi ilə Azərbaycanda ilk dəfə keçirilən "Tullantısız Dünya" proqramı çərçivəsində "Recyclaton" hakatonunda iştirak ediblər. Hər iki layihə yüksək qiymətləndirilmiş və komanda üzvləri sertikatla mükafatlandırılmışdır.

“Özünüinkişaf və Asudə Vaxtın Təşkili" və "Kreativ İnnovativ Fəaliyyətlərin Təşkili" komitələrinin əməkdaşlığı ilə üzvlər arasında "Mədəniyyət və İncəsənət layihəni təqdim et" adlı komanda işi həyata keçirilib. Üzvlər 1 ay ərzində komanda şəklində öz layihələrini hazırlayıb və idarə heyətinə təqdim ediblər.