NAYORA-nın Proqram meneceri Jalə Həsənova “Gənclər Forumu Akademiyası 2023” də iştirak edib

4 İyul 2023

NAYORA-nın Proqram meneceri Jalə Həsənova “Gənclər Forumu Akademiyası 2023” də iştirak edib

NAYORA-nın Proqram meneceri Jalə Həsənova Belçikanın Dvorp şəhərində keçirilən “Gənclər Forumu Akademiyası 2023” bacarıqların artırılması seminarında iştirak edib.

70-dən çox gəncin iştirakı ilə 3 gün davam edən Avropa Gənclər Forumunun təşkil etdiyi seminarın məqsədi təşkilatların ümumi təşkilati və təbliğat imkanlarını gücləndirmək, şəbəkələşmə, digər ölkələrin beynəlxalq təşkilatları və Milli Şuraları ilə yeni əlaqələrin qurulmasından ibarət olub.