NAYORA-nın sədr müavini Ülviyyə Axundova Fransanın Strasburq şəhərində təşkil olunan seminarda iştirak edib

2 İyul 2023

NAYORA-nın sədr müavini Ülviyyə Axundova Fransanın Strasburq şəhərində təşkil olunan seminarda iştirak edib

NAYORA-nın sədr müavini Ülviyyə Axundova Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclər Departamenti tərəfindən təşkil olunan seminarda iştirak edib.

Avropa Gənclər Mərkəzində keçirilən seminarın məqsədi yerli gənclər şuralarının müxtəlif təcrübələrinin öyrənilməsini, paylaşılmasını dəstəkləmək və yerli gənclərin iştirakını daha da gücləndirməkdən ibarət olub.

Vörkşop və panel müzakirələri zamanı Ülviyyə Axundova tərəfindən Azərbaycan Gənclər Siyasəti çərçivəsində görülən işlər, mövcud imkanlar, NAYORA tərəfindən 5 rayonda yaradılan Gənclərin Yerli Məşvərət Şuraları və DVC tərəfindən müxtəlif mövzularda təşkil olunan Debat Forumları barədə məlumat verilib.