NAYORA olaraq növbəti beynəlxalq layihəmizin icrasına başladıq
9 Sentyabr 2023

Seminarda Şərq Tərəfdaşlığı Ölkələrinin Milli Şuraları və onlara üzv olan 30-a yaxın gənclər təşkilatlarının rəhbər və nümayəndəsi iştirak edir.
Proqram çərçivəsində təşkilatı davamlılıq və risklərin idarə edilməsi, maliyyə menecmenti, fandreyzinq, düzgün strategiyaların qurulması kimi mövzular ətrafında təlim və müzakirələr aparılır.
Layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin Milli Şuralarının və üzv təşkilatlarının fəaliyyət istiqamətləri üzrə bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.