NAYORA rəhbər strukturları üçün vakansiya elan edir

24 Oktyabr 2022

NAYORA rəhbər strukturları üçün vakansiya elan edir

Son müraciət tarixi: 15 Noyabr 2022

MÜRACİƏT ET

Hörmətli gənclər təşkilatlarının rəhbərlər və nümayəndələri,

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçiriləcək.

Qeyd edək ki, Qurultayda Milli Şuranın seçkili orqanlarına (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilərin keçirilməsi, eyni zamanda ARGTMŞ-ın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabatın verilməsi məqsədi ilə həyata keçiriləcək.

ARGTMŞ seçkili orqanlarında aşağıda göstərilən vəzifələr üzrə seçkilərin keçirilməsi nəzərdə tutulub:

Sədr – 1 nəfər

Sədr müavinləri – 2 nəfər

Büro üzvləri – 7 nəfər

MNTK üzvləri – 5 nəfər

 

Namizəd irəli sürən üzv təşkilatlar üçün tələb olunan sənəd formaları:

1) Namizədi irəli sürən üzv təşkilat tərəfindən təstiq edilmiş ərizə forması;

2) Namizədin müraciət məktubu;

3) Namizədin fəaliyyət planı və ya platforması (sədr və sədr müavinliyinə müraciət edən namizədlər üçün nəzərdə tutulub);

4) Tərcümeyi-hal;

5) Kadrlar uçotunun şəxsi vərəqəsi;

6) 3x4 ölçüdə 1 ədəd fotoşəkil;

7) Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin sürəti;