NAYORA tərəfindən “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçiriləcək
23 Fevral 2022

Son müraciət tarixi: 23 Fevral 2022
Əziz üzv və tərəfdaş gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
24 fevral 2022-ci il tarixində, saat 15:00-da ADA universitetində Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyən şəxslər bioda yerləşdirilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Konfrans Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, ADA universiteti, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
Qeyd 1: Konfrans ingilis dilində olacaq;
Qeyd 2: Ancaq üzv və tərəfdaş gənclər təşkilatlarının nümayəndələri iştirak edə bilər;
Qeyd 3: Yerlər məhduddur.