NAYORA tərəfindən 28 May Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

28 May 2022

NAYORA tərəfindən 28 May Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

NAYORA tərəfindən 28 May Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

İlk olaraq İdarə Heyəti tərəfindən Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin inzibati binasına infoturu təşkil olunub, nümayəndələr muzeyin eksponatları ilə tanış olublar.

Silsilə tədbirlərin davamı olaraq NAYORA-nın İdarə Heyətinin üzvlərinin Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində gənclərlə müzakirə xarakterli görüşləri baş tutub.

Görüşlər zamanı dövlət müstəqilliyi, beynəlxalq aləmdə əldə edilən uğurlar, 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin sosial-siyasi fəaliyyəti, eləcə də bu ənənələrə söykənərək XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil dövlətçiliyimizin bərqərar olması mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.