NAYORA-ya üzv olan 30 gənclər təşkilatının rəhbər və nümayəndələrinin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahid Bağcı ilə görüşü
8 Oktyabr 2021

8 oktyabr 2021-ci il tarixində NAYORA-ya üzv olan 30 gənclər təşkilatının rəhbər və nümayəndələrinin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahid Bağcı ilə görüşü baş tutub.
Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi görüşün əsas müzakirə mövzusu “Diplomatiya, təhsil və gənclər sahəsində ikitərəfli əməkdaşlıq və qardaşlıq nümunəsi” olmuşdur.
Görüş çərçivəsində qeyd edilən mövzu ətrafında təkliflər səsləndirilmiş, birgə layihələrin icrası haqqında müzakirələr aparılmış, həmçinin gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab səfir tərəfindən cavablandırılmışdır.
Sona doğru NAYORA-nın Sədri Azər Əliyev dəvətimizi qəbul edib, görüşdə iştirak etdiyi üçün cənab səfir Cahid Bağcıya öz minnətdarlığını bildirmiş və simvolik hədiyyə təqdim etmişdir.
Məlumat üçün bildirək ki, sonda Cahid Bağcı xatirə dəftərinə öz xoş arzularını yazmışdır.