NAYORA-ya üzv təşkilat “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin fəaliyyətinin 11 ili tamam olur
1 Mart 2021

Bu gün NAYORA-ya üzv təşkilat “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin fəaliyyətinin 11 ili tamam olur.
Bu münasibətlə onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi 1 mart 2010-cu il tarixində təsis edilmişdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz Nizamnaməsi əsasında həyata keçirir. Təşkilatın əsas fəaliyyətin istiqamətləri gənclərin arasında zərərli vərdişlərin aradan qaldırılmasına kömək etmək, gənclərin sosial problemlərin həllinə yardım etmək, gənclərin hüquqi biliklərinin artırılması, gənclərin elm, təhsil, mədəniyyət sahəsində maarifləndirilməsində kömək etmək, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinə kömək etməkdir.