NAYORA üzvlərinin Məclisi öz işini yekunlaşdırdı
9 May 2023

Proqrama uyğun olaraq AR Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri Fuad Babayevlə “Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Heydər Əliyev ideologiyası və irsi” mövzusunda görüşərək interaktiv müzakirələrdə iştirak etdik, həmçinin təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırıldı.
Daha sonra Heydər Əliyev Mərkəzinə və Mingəçevir Gənclər Evinə infotur təşkil edildi.
Mingəçevir Gənclər Evində təşkilat nümayəndələri musiqi, konfrans, debat, rəsm kimi fəaliyyətlərin həyata keçirildiyi otaqlarla tanış oldular.
Qeyd edək ki, Məclis AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirildi.