Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir!

10 Sentyabr 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir!

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək.

Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.

Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək. Azərbaycan Respublikasının Gənclər Fondu kommunikasiya tərəfdaşı, “Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları kimi layihədə iştirak edir.

Ətraflı: shorturl.at/bhqD6

Müraciət üçün: shorturl.at/oDQY2

Son müraciət tarixi: 15 sentyabr 2021-ci il