İnfosessiya - Erasmus+Youth & European Solidarity Corps
5 Sentyabr 2022

Son müraciət tarixi: 7 Sentyabr 2022
Dəyərli gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
Nəzərinizə çatdırmaq istərdik ki, 07 sentyabr 2022-ci il tarixində, saat 11:00-da “Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyinin həm-təsisçisi və Erasmus+Youth & European Solidarity Corps üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Ramiz Əliyev tərəfindən gənclər təşkilatları üçün infosessiya keçiriləcək.
İnfosessiyanın keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının Erasmus+ proqramı və beynəlxalq könüllülük proqramı ilə bağlı məlumatlandırmaqdır.