Nigar Arpadari ilə görüşümüz baş tutdu
18 Mart 2022

17 mart 2022-ci il tarixində “Gənclər təşkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində ilk təlim Nigar Arpadarai ilə baş tutdu.
Gənclər təşkilatlarının İctimaiyyətlə əlaqələr üzrə əməkdaşlarının iştirak etdiyi təlimin əsas müzakirə mövzusu “Media və gənclərlə iş sahəsində uğurlu təcrübələr və yeni imkanlar” oldu.
Qeyd edək ki, təlim zamanı Nigar xanım öz təcrübələrini bölüşmüş, həmçinin uğurlu PR, mətbuat və kommunikasiya kimi mövzulara toxunmuş və sonda iştirakçıların suallarını cavablandırmışdır.
Nigar xanım NAYORA-nın xatirə dəftərinə xoş arzularını yazmışdır.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.