Odlar Yurdu İctimai Birliyi ilə birlikdə “ProjectMan” layihəsinin icrasına start verdik
10 Mart 2022

Üzv təşkilatımız olan Odlar Yurdu İctimai Birliyi ilə birlikdə “ProjectMan” layihəsinin icrasına start verdik.
Gənclər 8 gün ərzində təlimlərdə iştirak edəcək və "Layihələrin idarə edilməsi" sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.