Onlayn fəaliyyətinizi daha səmərəli edəcək təlim

9 Fevral 2021

Onlayn fəaliyyətinizi daha səmərəli edəcək təlim

Son müraciət tarixi: 17 Fevral 2021

MÜRACİƏT ET

📢Gənclər təşkilatlarının nümayəndələrinin nəzərinə!

📌Yeni reallığı nəzərə alaraq, pandemiya səbəbindən bütün fəaliyyətlər onlayn formata keçdiyi üçün biz də öz növbəmizdə çox sayda onlayn görüşlər, tədbirlər və fəaliyyətlər həyata keçiririk.

❓Bəs onlayn fəaliyyətimizi hansı üsullarla daha səmərəli edə bilərik?

🔹Aşağıda qeyd edilmiş fürsətdə, gənclər üçün vörkşopları daha da maraqlı etmək məqsədilə əlavə tövsiyə və məsləhətlər əldə etməyiniz üçün “YEPP EUROPE” təşkilatı tərəfindən təşkil olunmuş təlimlərə hər birinizi qoşulmağa dəvət edirik.

📌Təlimlərdə hansı proqramlardan istifadə ediləcəyi, həyata keçirmək istədiyiniz seminarlarınızı necə təşkil edəcəyiniz və auditoriyanızı onlayn fəaliyyətinizə necə cəlb edəcəyiniz barədə faydalı məlumatlar qazanacaqsınız.

⌛Son müraciət tarixi: 17 fevral

🔹Təşkilat: YEPP EUROPE

#NAYORA #YouthWork