Övladım Üçün - Gəncə Festivalı

23 Noyabr 2021

Övladım Üçün - Gəncə Festivalı

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində festival Gəncə şəhər Bayraq Meydanında baş tutdu. 🤩

20 noyabr tarixində keçirilmiş festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Festival Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində baş tutub.

Bu qəbildən olan son festival növbəti həftələrdə Şirvan şəhərində keçiriləcək.