ÖVLADIM ÜÇÜN

17 Noyabr 2021

ÖVLADIM ÜÇÜN

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində növbəti festivalımız Gəncə şəhərində baş tutacaq. 🤩

Festivalda ümumilikdə 200-dək ata və övladının iştirakı ilə açıq havada müxtəlif maraqlı və əyləncəli fəaliyyətlər təşkil ediləcək.

Festivalda 21-35 yaş arası və azı bir övladı olan atalar iştirak edə bilər.

Festival Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində həyata keçirilir.

Suallar üçün əlaqə nömrəsi: (+994) 77 421 11 32 📢