Panel Görüşləri
28 Oktyabr 2021

Bu dəfəki panelin əsas müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” olacaq.
Panel çıxışçıları:
1. Ülviyyə Axundova- Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
2. Pərviz Mirələmli- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
3. Şahin Rəhmanlı- İrəli İctimai Birliyi
4. Fəxrəddin Həsənzadə- Gənclər üçün Təhsil Mərkəzi
Gənclər üçün həyata keçirilən görüşlərin növbəti mərhələsi 1 noyabr, 2021-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutacaqdır.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarında illərdir fəaliyyət göstərən və zəngin təcrübəyə malik olan mütəxəssislərlə gənclərin görüşməsi, müxtəlif mövzularda müzakirələr aparmaq, gənclər təşkilatlarının gənclər üçün yaratdıqları imkanlar barəsində məlumatlandırmaq və görüşün sonunda təşkilat rəhbərlərinə ünvanlanan sualları cavablandırılmaqdan ibarətdir.