Panel görüşü keçirildi
1 Noyabr 2021

1 noyabr 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi.
Bu sessiyamızın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” oldu.
Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr apardıq, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri ilə tanış olduq, gəncləri təşkilatlar tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırdıq və sonda yönəldilən sualları cavablandırdıq, həmçinin təklifləri qeydə aldıq.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (@telebe_ittifaqi ) birgə təşkilatçılığı ilə həyata keçirilirdi.
Dəvətimizi qəbul etdikləri və maraqlı müzakirələr üçün dəyərli spikerlərə öz minnətdarlığımızı bildiririk.
Bizi izləmədə qalın! ✌️
1. Ülviyyə Axundova- Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
2. Şahin Rəhmanlı- İrəli İctimai Birliyi
3. Fəxrəddin Həsənzadə- Gənclər üçün Təhsil Mərkəzi