Prezident İlham Əliyev gənclərin texnologiyaların inkişafı sahəsinə geniş cəlb olunmasının vacibliyini vurğulayıb

26 Yanvar 2021

Prezident İlham Əliyev gənclərin texnologiyaların inkişafı sahəsinə geniş cəlb olunmasının vacibliyini vurğulayıb

Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zamanı gənclərin texnologiyaların inkişafı sahəsinə geniş cəlb olunmasının vacibliyini vurğulayaraq qeyd edib:

“Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir.”