“Qafqazı kəşf et - 10 il sonra: Qafqazda gənclər sektorunu araşdıran təhsil səfəri” layihəsinin iştirakçıları Resurs Mərkəzinin qonağı olublar
14 İyul 2023

“Qafqazı kəşf et - 10 il sonra: Qafqazda gənclər sektorunu araşdıran təhsil səfəri” layihəsinin iştirakçıları Gənclər Təşkilatlarının Resurs Mərkəzinin qonağı olublar.
NAYORA-nın sədri Azər Əliyevin iştirakı ilə Resurs Mərkəzində görüş keçirilmiş, iştirakçılara NAYORA haqqında ümumi məlumatlar verilmiş, həmçinin layihələrimiz və fəaliyyət istiqamətlərimizlə bağlı təqdimat edilmişdir.
Qeyd edək ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihədə müxtəlif ölkələrdən olan 30 gənc iştirak edib.
Yekunda isə Resurs Mərkəzində NGO Fair (gənclər təşkilatlarının sərgisi) təşkil edilmişdir. Sərgidə gənclər təşkilatları iştirakçıları öz fəaliyyətləri ilə bağlı məlumatlandırıblar.