Qayıdış Prosesinə gənclər təşkilatlarının töhfəsi və gələcək addımlar mövzusunda görüş keçirildi
4 Noyabr 2023

Milli Məclisinin deputatı Mahir Abbaszadə ilə “Qayıdış Prosesinə gənclər təşkilatlarının töhfəsi və gələcək addımlar” mövzusunda görüş keçirildi.
8 Noyabr - Zəfər Gününə həsr olunmuş görüş zamanı Azərbaycanın tarixi qələbəsi, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət, hərbi və diplomatik sahədə əldə edilən müvəffəqiyyətlərlə bağlı gənclərlə müzakirələr aparılıb və onların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, görüş NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.