Qazax Məşvərət Şurası tərəfindən “ Gender əsaslı stereotiplərin gənclərin inkişafına təsiri “ mövzusunda onlayn təlim baş tutdu

5 Mart 2021

Qazax Məşvərət Şurası tərəfindən “ Gender əsaslı stereotiplərin gənclərin inkişafına təsiri “ mövzusunda onlayn təlim baş tutdu

“ 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması layihəsi çərçivəsində yaradılmış Qazax Məşvərət Şurası tərəfindən “ Gender əsaslı stereotiplərin gənclərin inkişafına təsiri mövzusunda onlayn təlim baş tutdu. Təlimdə Məryəm Məcidova mövzu ilə bağlı Qazax gəncləri ilə məlumat mübadiləsi apardı və sonda iştirakçıların sualları spiker tərəfindən ətraflı şəkildə cavablandırıldı.

Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.