Qazax Məşvərət Şurası tərəfindən təşkil olunmuş təlimlər uğurla başa çatdı

7 Mart 2021

Qazax Məşvərət Şurası tərəfindən təşkil olunmuş təlimlər uğurla başa çatdı

"5 rayonda gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Qazax Məşvərət Şurası tərəfindən təşkil olunmuş təlimlər uğurla başa çatmışdır

100-dən çox gənci əhatə edən təlimlərin əsas məqsədi gənclərin yeni bilik və bacarıqlar əldə etməsidir.

Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun (UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.