Qazax və Ağstafa rayonlarında keçirilən "Əmək Bazarına Gənclərin İnteqrasiyası" layihəsi yekunlaşıb
13 Dekabr 2022

Qazax və Ağstafa rayonlarında keçirilən "Əmək Bazarına Gənclərin İnteqrasiyası" layihəsi yekunlaşıb.
Layihənin əsas məqsədi ölkəmizdə gəncləri yeni əmək bazarına uyğun peşələrə, həmçinin mövcud kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olmağa təşviq etmək olub.
Hər rayon üzrə 20, ümumilikdə isə 40 nəfər gənc təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən keçirilib.