Qədim Cəbrayıl şəhəri barədə nə bilirsiniz?

21 Noyabr 2020

Qədim Cəbrayıl şəhəri barədə nə bilirsiniz?

📍Qədim Cəbrayıl şəhəri barədə nə bilirsiniz?

🔹Cəbrayıl rayonu Araz çayının sol sahilində, Qarabağın səfalı, ürəkaçan guşələrinin birində yerləşir. 1876-cı ildə Cəbrayıl kəndinə gələn N.Kokcayevin topladığı etnoqrafik məlumatlara əsasən, Mirzəcanlı və Cəbrayıl kənd ağsaqqallarının deməsinə görə Cəbrayıl ağa keçmiş zamanlarda yaşamış Sultan Əhməd adlı hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz çayına qədər torpaqlar da Cəbrayıla və onun övladlarına məxsus olmuşdur. Bu müqəddəs şəxs "Cəbrayıl ata" adı ilə məşhur olan məqbərədə dəfn edilmişdir.

🔹Cəbrayıl ərazisi müxtəlif dövrlərdə Midiya, Əhəmənilər imperiyası, Albaniya, Sasanilər, Əməvilər xilafətinin tərkib hissəsi olmuşdur. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılmışdır. Rayonun 23 avqust 1993-cü ildə işğalı zamanı isə 13.928 milyon dollar dəyərində ziyan dəymişdir.

#KarabakhisAzerbaijan #Cəbrayıl