Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə görüş
8 Fevral 2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Agentliyin İcraçı direktoru Aygün Əliyeva fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş fəal gənclərin bir qrupu ilə görüşüb. Görüşdə NAYORA-nın sədri Azər Əliyev, sədr müavini Ülviyyə Axundova və İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə də iştirak edərək sual və təkliflərini səsləndirib.
Agentliyin fəaliyyətində gələcəkdə birgə əməkdaşlıq və QHT-lərlə iş sahəsinə yeniliklərin gətirilməsində gənclərin təcrübəsindən yararlanma hallarının nəzərdə tutulduğu bildirilib. Sonda gənc fəallarla qarşılıqlı fikir mübadiləsi aparılıb