Qlobal "UGRAD" təqaüd proqramı
9 Noyabr 2021

Son müraciət tarixi: 6 Yanvar 2022
Qlobal "UGRAD" təqaüd proqramı bütün xərcləri ABŞ Dövlət Departameni tərəfindən qarşılanan, 1 semestr təhsil müddətini əhatə edən ABŞ-ın kollec və ya universitetlərində təhsil və mədəni istiqamətlərdə fəaliyyətləri özündə birləşdirən dünyaca məşhur mübadilə proqramıdır.
Qlobal "UGRAD" proqramı 4-cü kurslar istisna olmaqla bütün ixtisaslarda təhsil alan bakalavr tələbələrinin müraciət etmələri üçün nəzərdə tutulmuş proqramdır (dil sertifikatına ehtiyac yoxdur) və müraciət mərhələsi şərti olaraq 3 hissəyə bölünür:
1) Onlayn müraciət mərhələsi - mərhələdə aşağıdakı sənədləri onlyan şəkildə portala yükləməli və sualları cavablandırmalısınız.
- Transkript (Təhsil aldığınız universitetin dekanlığına müraciət edərək əldə edə bilərsiniz)
- 2 esse
- Tövsiyyə məktubu
2) Müsahibə mərhələsi - bu mərhələ müraciətlərin yekunlaşmasından təxminən 1 ay sonra (adətən fevral ayı) baş tutur və 25-30 müraciətçi bu mərhələ üçün dəvət alır. Müsahibədən təxminən 10-12 gün sonra qaliblərə elektron maillər göndərilir və e-mail almış hər kəsin Amerikaya təhsil səfərinə yollanması 99% dəqiqləşir.
3) TOEFL imtahanı mərhələsi - sonuncu mərhələdə seçilmiş şəxslər xərcləri ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən qarşılanan TOEFL imtahanına yönləndirilir.