Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycanda səfərdə olan Uqanda nümayəndə heyətini qəbul edib
8 Dekabr 2022

8 dekabr tarixində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycanda səfərdə olan Uqanda nümayəndə heyətini qəbul edib.
Görüş QHGT-nin Azərbaycanda yerli bölməsi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nəzdində fəaliyyət göstərən Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutub.
Görüşdə Təşkilatın milli bölmələri, o cümlədən Uqanda Milli Bölməsi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub, QHGT-nin hazırkı sədri, həmçinin NAYORA-nın İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə Təşkilatının missiyası və fəaliyyət planı ilə bağlı ətraflı məlumat verib.