“Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” keçirilib
15 Noyabr 2022

15 noyabr 2022-ci il tarixində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan Milli bölməsinin təşəbbüsü ilə “Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” keçirilib.
Forumda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müxtəlif üzv ölkələrindəki nümayəndələrin, habelə Milli Bölmə olan NAYORA-ya üzv gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə açılış nitqi ilə başlamışdır. Daha sonra çıxış edən NAYORA-nın Baş katibi Ramin Həbibzadə Milli Bölmənin bu günə qədərki fəaliyyətindən bəhs etmişdir.
Həmçinin Qana, Misir, Zimbabve, Malavi, Cənubi Afrika kimi ondan çox Qoşulmama Hərəkatının Milli Bölmələrindən olan təmsilçilər öz mədəniyyətlərini əks etdirən təqdimatlar nümayiş etdirmiş, ölkələrinin tarix və mədəniyyətlərinin unikal simvolları ilə iştirakçıları tanış etmişdirlər. Forum çərçivəsində rəsmi hissə müxtəlif xalqların milli rəqs və musiqilərinin ifa olunduğu proqram ilə davam etmişdir.