Qubada ŞƏBƏKƏ proqramına start verilib
10 İyun 2023

AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Yurd” Gənclərin İntellektual İnkişafında Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Quba Gənclərinin Liderlik Proqramı”na start verilib.
Quba rayonunda başlayan təlimlər gənclərə liderlik bacarıqları aşılamaq və onlarda komanda ruhunu inkişaf etdirmək məqsədi daşıyır.
Təlimçi Fəxri Məhəmmədzadə tərəfindən 20 nəfər gəncə liderlik, kommunikasiya, əməkdaşlıq, komanda işi, emosianal zəka, empatiya kimi mövzularda təlimlər keçirilir.