Qubadlımızın gəzməli, görməli yerlərini tanıyaq

30 Dekabr 2020

Qubadlımızın gəzməli, görməli yerlərini tanıyaq

🤩Düşmən işğalından azad olan Qubadlımızın gəzməli görməli yerlərini tanıyaq❗

📍Qubadlı rayonunda yerləşən, tikintisi 1867-ci il olan Laləzar körpüsü Bərgüşad çayı üzərində altı oval, üstü düz bir formada salınmışdır. Körpünün inşasında Azərbaycanda olan bir çox körpülər kimi dayaq üçün təbii daşlardan istifadə olunmuşdur.

Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində "Sınıq körpü" olduğu söylənilir. "Sınıq körpü"nün taleyi xalq arasında əfsanələrə bələnilibdir. Körpünün salınması barədə yaranmış əfsanədən belə ehtimal etmək olar ki, körpü "əyyamı-qədimin" abidəsi olumuşdur.

Bir digər körpü isə XIX əsrin nişanəsi olan Hacı Bədəl körpüsüdür. Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl adlı bir şəxs öz xərci hesabına tikdirmişdir. Yaz aylarında Ağa çayının güclü axınına davamlı olması üçün tağbənd formasında inşa edilmişdir.

XVIII əsrin memarlıq abidəsi olan Gürcülü türbəsi Qubadlı rayonunun memarlıq incilərindəndir. Bir sıra xüsusiyyətlərinə görə Gürcülü türbəsi Azərbaycanın səkkizguşəli türbəsi arasında unikal formaya malikdir.

#QarabağAzərbaycandır #Qubadlı #ZəfərimİZ