Qubadlının tarixi abidələrini və incəsənət xadimlərini birlikdə öyrənək

27 Dekabr 2020

Qubadlının tarixi abidələrini və incəsənət xadimlərini birlikdə öyrənək

🔹Zəngin mədəni irsi ilə regionlarımız arasında seçilən 📍Qubadlının, tarixi abidələrini və incəsənət xadimlərini birlikdə öyrənək🤩

📍Qubadlı rayonun ərazisinə səpələnmiş daş yaddaşlar – abidələr uzaq keçmişdən xəbər verir. Gavur dərəsindəki mağara-ibadətgah IV, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilərdəki iki türbə XIV, Gürcülüdəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara-ibadətgah, Xocamsalıdakı qala, Seytasdakı Anabat və bir çox əfsanəvi abidələr (Oğlan-qız qayası, Sınıq körpü və s.) bəlkə də daha qədim dövrlərin salnaməsidir. Rayonun ərazisindəki onlarla mağara (kaha) da təsdiqləyir ki, bu yerlər ilk insan məskənlərindən olub: "Aşağı Mollu ilə Həmzəlidə 9, Əliquluuşağı kəndində qədim insan məskəni sayılan 5 kaha (mağara) işğala qədər durmaqda idi. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və başqa kəndlərdə də qədim yaşayış məskənləri vardır. Burada müqəddəs məkanlar, ziyarət yerinə çevrilmiş türbələr də var idi ki, öz dövrünün arxitekturasını qoruyub saxlamışdılar. Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilərdəki türbə XIV, Gürcülüdəki "İmamzadə" türbəsi XVII, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi XIV əsrin dondurulmuş daş kitabələridir.

Qubadlı rayonu eyni zamanda qəhrəmanların, şairlərin, yazarların da yurdudur.

Qubadlının Mirlər kəndində dünyaya gələn Mir Sədi ağa, Nəqşibəndilik təriqətinin böyuk mürşidlərindən biri olmuşdur. Zəmanəsinin böyük övliyası olmuş, təəssüflər ki, sovet rejiminin isə repressiya qurbanlarındandır. Kəramətləri ilə məşhur olan Mir Sədi ağa bundan əlavə qəzəlləri, şerləri və nəsihətləri vardır.

Süleyman Rəhimov Zəngəzur mahalının (indiki Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. Süleyman Rəhimov Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur.

#QarabağAzərbaycandır #Qubadlı