Raj Steven ilə görüşümüz baş tutdu

2 Aprel 2022

Raj Steven ilə görüşümüz baş tutdu

1 aprel 2022-ci il tarixində “Gənclər təşkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində peşəkar fotoqraf Raj Steven ilə görüşümüz baş tutdu.

Gənclər təşkilatlarının İctimaiyyətlə əlaqələr üzrə əməkdaşlarının iştirak etdiyi təlimin əsas müzakirə mövzusu “Vizual reallıq və PR, obyektivin gözü ilə” oldu.

Qeyd edək ki, təlim zamanı Raj Steven öz təcrübələrini bölüşmüş, həmçinin PR-da vizuallığın əhəmiyyəti kimi məsələlərə toxunaraq sonda iştirakçıların suallarını cavablandırmışdır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.